Göygöl rayon Çaylı kənd tam orta məktəbində dahi Azərbaycan şairi Nizami Gəncəvinin 880 illik yubileyi ilə əlaqədar bilik yarışı keçirilib.

 

Məktəbin direktoru Aqif Hüseynov bildirib ki, tədbirin məqsədi Azərbaycanın dahi şairi və mütəfəkkiri Nizami Gəncəvinin anadan olmasının 880 illik yubileyi ilə əlaqədar qüdrətli söz və fikir ustadı, insanları daima əxlaqi kamilliyə və yüksək mənəvi keyfiyyətlərə çağıran filosof şairin zəngin yaradıcılığını, mənəvi irsini gənclərə aşılamaq, onların intellektual səviyyəsini və dünyagörüşünü yüksəltmək, asudə vaxtlarını səmərəli təşkil etməkdir.

 

Bilik yarışında  Nizami Gəncəvinin həyat və yaradıcılığı ilə bağlı iştirakçılara 15 sual təqdim olunub.

 

Sonda ən çox bal toplayanlara  təşəkkürnamə təqdim edilib.

 

Şakir CƏFƏROV