Azərbaycan Texniki Universiteti (AzTU) ilə “ALSTOM Transport Azərbaycan” MMC arasında əməkdaşlıq haqqında memorandum imzalanıb.

 

Rektor Vilayət Vəliyev və şirkətin direktoru Elşən Zeynalovun imzaladığı sənədə əsasən, tələbələrin “ALSTOM”un sınaq məhsulları ilə yaxından tanış olmaları üçün universitetin nəzdində şirkətin laboratoriyasının təşkili nəzərdə tutulub.

 

Universitetdən bildirilib ki, gənc startapçıların layihələrinin reallaşdırılaraq icrasına dəstəyin göstərilməsi, tələbələrin və məzunların daxili müsabiqə əsasında şirkətdə işlə təmin olunması da qərara alınıb.

 

Memorandum qarşılıqlı elmi-nəzəri və ustad dərslərinin tədrisi, lokomotiv təsərrüfatında birgə əməkdaşlıq üçün hər iki tərəfin iştirakını koordinasiya edən işçi qrupunun yaradılmasını  da özündə ehtiva edir.