22-23 aprel tarixlərində Təhsil Nazirliyi 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı ilə 23 aprel-Beynəlxalq Uşaq Festivalı ilə əlaqədar onlayn görüşlər təşkil edilib.

 

Görüşlərdə Türkiyənin Ankara, Bodrum, Fethiyyə şəhərlərindən Özəl Alp kollecinin, Hüseyin Turgut Karabağlı və Özel Fethiye Hatem məktəblərinin şagirdləri, həmçinin 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin dərnək üzvləri iştirak edib.

 

Görüşdə Azərbaycan-Türkiyə dostluğundan bəhs olunub, uşaqların ifasında mahnılar oxunub, şeirlər səsləndirilib.

 

Sonda uşaqlar festival barədə xoş xatirələrini bölüşüblər.

 

Qeyd edək ki, hər il 23 aprel-Beynəlxalq Uşaq Festivalında Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən uşaq-gənclər inkişaf mərkəzlərinin bədii özfəaliyyət kollektivləri ölkəmizi layiqincə təmsil edib. Pandemiya şəraiti ilə əlaqədar artıq ikinci ildir ki, sözügedən festivalın təşkili təxirə salınıb.