Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) “Davam” Gənclər Hərəkatının nümayəndələri ilə görüş keçirilib.

 

Görüşdə ADPU-nun rektoru, professor Cəfər Cəfərov, tədris işləri üzrə prorektor, dosent Eldar Aslanov, sosial və humanitar məsələlər üzrə prorektor, professor Fikrət Rzayev, rektorun köməkçisi Riyad Rüstəmli, Tələbələrlə iş və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Turan Kərimli, “Davam” Gənclər Hərəkatının sədri Nihad Allahyarlı və hərəkatın idarə heyətinin üzvü, ali təhsil müəssisələri ilə iş üzrə katib Sabir Rüstəmov iştirak ediblər.

 

Görüşdə yeni yaradılan “Davam” Gənclər Hərəkatının fəaliyyət istiqamətləri haqqında məlumat verilib. Hərəkatın universitetlə əməkdaşlıq imkanları və tələbələrin ictimai fəallığında oynaya biləcəyi müsbət roldan danışılıb.

 

ADPU-nun rektoru  C.Cəfərov da ali məktəbdə tələbələrin ictimai fəallığının  yüksək olmasından bəhs edib və optimal əməkdaşlıq imkanlarının mövcudluğunu vurğulayıb.