20-26 aprel 2021-ci il tarixlərində Rusiyada kimya fənni üzrə 55-ci Beynəlxalq Mendeleyev olimpiadası təşkil olunub.

 

Sözügedən elm müsabiqəsində iştirak edən məktəblilərimiz uğurlu nəticə əldə ediblər.

 

Belə ki, Türkiyə Dəyanət vəqfi - Bakı Türk liseyinin XI sinif şagirdi Xanım Yaqublu gümüş,  BDU-nun nəzdində "Gənc istedadlar" liseyinin X sinif şagirdi Nəriman Şirinli isə bürünc medala layiq görülüb.   

 

Məktəblilərimizi təbrik edir, növbəti müsabiqələrdə uğurlar arzulayırıq!