21-22 aprel tarixlərində keçirilən müəllimlərin işə qəbulu müsabiqəsi üzrə onlayn müsahibələrin nəticələri namizədlərin şəxsi səhifələrinə göndərilib. 

 

Cari müsahibələrdə ümumilikdə 528 nəfər iştirak edib. Onlardan 465 nəfəri uğur qazanaraq müddətsiz müqavilə əsasında çalışmaq imkanı əldə edib.

 

Qeyd edək ki, 27-28 aprel tarixlərində onlayn müsahibə mərhələsinin apellyasiya müraciətləri üçün qeydiyyat həyata keçiriləcək.