Azərbaycan Texniki Universiteti (AzTU) ilə “İmagro” MMC arasında əməkdaşlıq haqqında memorandum imzalanıb.

 

Universitetdən bildirilib ki, memoranduma əsasən, elektrotexnika və avtomatika, nəqliyyat və logistika fakültələrində təhsil alan tələbələrin şirkətdə istehsalat təcrübəsinə cəlb olunması  təmin ediləcək. Məşğulluğun inkişafına dəstək məqsədilə tələbə və məzunların daxili müsahibə əsasında şirkətdə işə qəbulu da nəzərdə tutulub.

 

Bundan başqa, tərəflər elmi-texniki, innovativ və texnoloji yeniliklərin tətbiqi, müştərək layihələrin hazırlanaraq icra olunması, informasiya mübadiləsinin həyata keçirilməsi istiqamətində də əməkdaşlıq edəcək.