Azərbaycan Texniki Universitetinin (AzTU) rektoru Vilayət Vəliyev  “Davam” Gənclər Hərəkatının sədri Nihad Allahyarlı və İdarə heyətinin üzvü, təhsil müəssisələri ilə iş üzrə katib Sabir Rüstəmovla görüşüb.

 

Universitetdən bildirilib ki, rektor qonaqlara ali məktəbdə  aparılan islahatlar haqqında ətraflı məlumat verib. Qeyd edib ki, əsas hədəflərdən biri tədrisin keyfiyyətinin yüksəldilməsi və universitetin biznes modelinin yaradılmasıdır. V.Vəliyev tələbələrin gələcəkdə uğurlu karyeraya sahib olmaları istiqamətində AzTU-nun “Davam” Gənclər Hərəkatı ilə əməkdaşlıqda maraqlı olmasını da vurğulayıb. 

 

“Davam” Gənclər Hərəkatının sədri Nihad Allahyarlı hərəkatla AzTU-nun əməkdaşlıq istiqamətləri, eyni zamanda birgə fəaliyyət nəticəsində uğurlu işlərin həyata keçirilməsi ilə bağlı təkliflərini səsləndirib.

 

Görüş qarşılıqlı maraq doğuran digər məsələlərin müzakirəsi ilə davam edib.