Bakı Dövlət Universiteti (BDU) Avropa İttifaqının  2021-2024-cü illəri əhatə edən ERASMUS+ KA2 proqramı çərçivəsində “Sahil ekosistemlərinin iqlim dəyişikliyinə uyğunlaşması üçün geoməkan mühəndisliyi üzrə yeni kurslar” (GEOCLIC)  adlı layihədə qalib olub.

 

Layihə çərçivəsində BDU ilə Qazaxıstanın Əl-Fərabi adına Qazaxıstan Milli Universiteti arasında müqavilə imzalanıb. Layihənin məqsədi sahil ekosistemlərinin ekoloji təhlükəsizliyini təmin etmək məqsədi ilə yeni texnologiyalardan istifadə edərək geoməkan texnologiyaları üzrə bakalavr, magistratura və doktorantura kurikulumlarının müasirləşdirilməsidir.

 

Layihə çərçivəsində həmçinin, coğrafiya fakültəsində təlim prosesinin təkmilləşdirilməsi məqsədi ilə yeni laboratoriyanın təsis edilməsi və müasir avadanlıqlarla təmin olunması nəzərdə tutulub.