Müddətsiz əmək müqaviləsinin bağlanması məqsədilə keçirilən onlayn müsahibələrdə uğur qazanmayan namizədlərin apellyasiya müraciətləri üçün qeydiyyat yekunlaşıb. 


Namizədlərin apelyasiya müraciətlərinə əsasən, təkrar onlayn müsahibələr keçiriləcək.     


Müsahibələrin 7-8 may tarixlərində təşkili nəzərdə tutulub. Apelyasiya müraciətini təsdiq edən namizədlərin şəxsi səhifələrinə onlayn müsahibənin vaxtı barədə məlumat göndəriləcək.