Mayın 2-də “Ağıllı şəhər-Bakı” layihəsi çərçivəsində dahi şair Nizami Gəncəvinin həyat və yaradıcılığına həsr olunan intellektual yarış təşkil ediləcək. 

 

Təhsil Nazirliyinin təşkilatçılığı və “Kapital Bank”ın dəstəyi ilə yarış IX-XI siniflər arasında keçiriləcək. 

 

Yarışda iştirak üçün respublika üzrə 641 komanda qeydiyyatdan keçib. Yarış zamanı komandalar onlayn şəkildə 24 suala cavab verməlidirlər. Suallar Nizami Gəncəvi yaradıcılığı və həyatı barədə maraqlı faktları əhatə edəcək. 

 

Yekunda qaliblər diplom, medal və hədiyyələrlə təltif ediləcəklər.