Mayın 3-də Azərbaycanda fəaliyyət göstərən könüllü təşkilatları arasında "Avro-2020 Könüllü Kuboku”nun final oyunu keçirilib. AFFA-nın təşəbbüsü və təşkilatçılığı ilə baş tutan final oyununda “Bir Könüllü” təşkilatı ilə ”Turizm Könüllüləri” təşkilatı qarşılaşıb. “Bir Könüllü” təşkilatı 1-0 hesabı ilə qalib gələrək, "Avro-2020 Könüllü Kuboku”nun qalibi olub.

 

Turnirdə ümumilikdə müxtəlif ​qurumların 16 könüllü təşkilatı mübarizə aparıb.

 

Mükafatlandırma mərasimində təhsil nazirinin müavini Firudin Qurbanov, AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov, Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev, Azərbaycan Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov, Gənclər və İdman Nazirliyinin şöbə müdiri Fərid Mansurov, “Avro-2020 Bakı”nın səfiri Vəli Qasımov və “Avro 2020” Bakı Könüllülər proqramının səfiri Taleh Yüzbəyov iştirak edib.

 

Qeyd edək ki, turnirin tərəfdaşları Azərbaycan Gənclər Fondu və Azərbaycan Könüllü Təşkilatları İttifaqıdır.