Mingəçevir Dövlət Universitetinin (MDU) rəhbərliyi bir qrup əməkdaşla birlikdə atası Vətən müharibəsində şəhid olmuş tələbə Yunis Əhmədlinin ailəsini ziyarət edib.

 

Şəhid ailəsi ilə görüşdə Müzəffər Ali Baş Komandan İlham Əliyevin  rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində möhtəşəm qələbənin qazanılmasında Yasən Əhmədovun simasında qəhrəman əsgər və zabitlərimizin mühüm pay sahibi olduğunu qeyd edən MDU-nun rektoru Şahin Bayramov bütün şəhidlərimizə rəhmət, qazilərimizə şəfa diləyib.

 

Ölkəmizin ərazi bütövlüyünün təmin edilməsi uğrunda böyük şücaət göstərən mərd oğullarla qürür duyduqlarını bildirən MDU kollektivinin üzvləri şəhid ailəsini Ramazan bayramı münasibətilə təbrik ediblər.