Mayın 8-də ölkə üzrə 107 mərkəzdə Lütfi Zadə adına məntiq olimpiadasının rayon (şəhər) mərhələsi keçirilib. 

 

Müsabiqədə iştirak üçün  V sinifdə təhsil alan 170 mindən çox şagird müraciət edib. 

 

Müsabiqənin keçirilməsində məqsəd görkəmli alim Lütfi Zadənin  irsinin şagirdlər arasında təbliği, həmçinin şagirdlərin məntiqi biliklərinin inkişafına təkan vermək, yaradıcı istedad və fərqli düşünmə qabiliyyəti ilə fərqlənən şagirdləri aşkara çıxarmaq və onların həvəsləndirilməsindən  ibarətdir.