2021-2022-ci tədris ili üzrə ümumi təhsil müəssisələrinin birinci siniflərinə şagird qəbulu davam edir.

 

Birinci sinfə şagird qəbulu üzrə elektron portal (www.mektebeqebul.edu.az) bu gün saat 09:00-dan etibarən yenidən akivləşdirilib.

 

Qeyd edək ki, www.mektebeqebul.edu.az elektron portalı bayram günlərində fəaliyyətini müvəqqəti olaraq dayandırmışdı.

 

Aprelin 27-dən 2021-2022-ci tədris ili üzrə ümumi təhsil müəssisələrinin birinci siniflərinə şagird qəbuluna start verilib.

 

Təhsil Nazirliyi tərəfindən birinci sinfə şagird qəbulu ilə bağlı vətəndaşlara dəstək məqsədilə və müraciətlərin operativ cavablandırılması üçün yeni xidmətlər təqdim olunub. Belə ki, nazirliyin rəsmi internet saytının “Sual-cavab” bölməsinə (https://edu.gov.az/az/faq) “Virtual bələdçi” xidməti əlavə edilib və birinci sinfə şagird qəbulu ilə bağlı “Whatsapp https://api.whatsapp.com/send/?phone=994512067848” hesabı ((+994) 51 206 78 48 ) yaradılıb. Həmçinin, Təhsil Nazirliyinin Çağrı Mərkəzinin yeni 146-0 nömrəsi aktivləşdirilib. Vətəndaşlar qeyd edilən xidmətlər vasitəsilə birinci sinfə şagird qəbulu prosesinin həyata keçirilməsinə dair suallara cavab tapa bilərlər.