Türkiyənin Antalya şəhərində qeyri-səlis məntiqin banisi, professor Lütfi Zadənin 100 illik xatirəsinə həsr olunan “Theory and Applications Soft Computing, Computing with Words, Perception and Artificial Intelligence” ICSCCW 2021 XI beynəlxalq konfransı keçiriləcək.

 

Konfransın məqsədi elmi istiqaməti proqram hesablamaları və mətni proqramlaşdırma olan alimləri, tədqiqatçıları, mühəndis və təcrübəçiləri bir araya toplayaraq bu sahədə ən son nailiyyət, bilik və bacarıqların artırılmasına aid fikir mübadiləsinin aparılmasıdır.

 

Konfransın mövzularına qeyri-səlis məntiq nəzəriyyəsinə əsaslanan mühəndislik, iqtisadiyyat, biznes, maliyyə və tədrisdə hesablama metodları (üsulları), neyron şəbəkə hesablamaları, hesablama təkamülü, ehtimal nəzəriyyəsi daxildir.

 

Konfrans bu ilin 23-24 avqust tarixlərində  keçiriləcək.