Naxçıvan Müəllimlər İnstitutunda tələbələrin əl işlərindən ibarət sərgi təşkil edilib.

 

Ümumi fənlər  kafedrasının müdiri Qızıllı Əliyeva sərgi haqqında məlumat verib.  Onun sözlərinə görə, İbtidai sinif müəllimliyi, Məktəbəqədər təlim və tərbiyə, Texnologiya müəllimliyi ixtisaslarında “Texnologiya” fənninin tədrisi zamanı tələbələrə müxtəlif səpkili sərbəst mövzularda əl işləri hazırlamaq tapşırılır. Sərbəst mövzularda hazırlanan əl işləri tələbələrin yaradıcı potensiallarının üzə çıxarılması və gələcək peşə fəaliyyətlərinin səmərəli qurulması baxımından çox əhəmiyyətlidir.

        

Sonra kafedranın baş müəllimi Səyyad Vəliyev çıxış edərək sərgidə təqdim olunan əl işlərinin hazırlanma texnologiyaları və müraciət olunan mövzularla bağlı məlumat verib.

        

Sonda institutun rektoru Azad Novruzovun iştirakı ilə sərgiyə baxış olub.