Bakı Ali Neft Məktəbinin (BANM) təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr edilmiş  Tələbə və Gənc Tədqiqatçıların II Beynəlxalq Elmi konfransları başa çatıb.

 

Son olaraq “Proseslərin avtomatlaşdırılması və informasiya təhlükəsizliyi - 2021” konfransı keçirilib və qaliblər müəyyən olunub.

 

“İntellektual sistemlər və idarəetmə”, “Əşyaların interneti (İoT) və robototexnika” bölməsi üzrə qaliblər BANM-in tələbələri- Roman Tolstoşeyev, Azər Sadıxzadə (I yer), Fərid Həmidov (II yer) və  Nuridə Şirinzadə (III) olub. “Sistemli analiz və modelləşdirmə bölməsi üzrə Reyhanə Kərimli (BANM) I, Aytac Abdullayeva (BANM), Eyvaz Nəcəfli, Əli Əsgərov, Rüstəm Məmmədli və Şəms Əliyeva III yeri qazanıblar.

 

Vəfa Məmmədova (I yer), Səkinə Nağızadə (II yer), Mustafa Ağayev (III yer) konfransın “Ölçmə və idarəetmə sistemləri” üzrə bölməsinin qalibi seçiliblər.

 

Azərbaycan Milli Elmlər Akademiyası İnformasiya Texnologiyaları İnstitutunu təmsil edən Orxan Vəlixanlı   I yerdə, Elşən Bağırov II yerdə,  BANM-in təmsilçisi Həmidə Əliyeva isə III yerdə qərarlaşaraq “Kibertəhlükəsizliyin problemləri” bölməsinin qalibi kimi müəyyənləşiblər.

 

“İrihəcmli verilənlərin, maşınla öyrətmənin və süni-intellektin sənayeyə tətbiqi” bölməsinin əsas qalibləri BANM təmsilçiləri Eyvaz Nəcəfli, Əli Əsgərov, Rüstəm Məmmədli (I yer), İnformasiya Texnologiyaları İnstitutundan Eltun Əhmədov (II yer) və Tərlan Əhədli (BANM, III yer) olub.

 

İnformasiya Texnologiyaları İnstitutundan Leyla Məmmədova , BANM-dən Azər Əliyev və Rəhim Həşimov müvafiq olaraq I, II və III yerləri bölüşüblər.

 

Konfransa yerli və xarici təhsil müəssisələrindən tələbə və gənc tədqiqatçılar tərəfindən 77 tezis təqdim edilib. Ümumilikdə isə konfranslara 300-ə qədər  tezis qəbul olunub.

 

Qeyd edək ki, artıq ikinci ildir, konfranslar beynəlxalq səviyyədə və onlayn keçirilir.