Mingəçevir Dövlət Universitetinin (MDU) tələbələri Mingəçevir şəhər İcra Hakimiyyəti, YAP Mingəçevir şəhər təşkilatı və Mingəçevir şəhər Təhsil İdarəsinin birgə keçirdiyi Ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr edilmiş “Əbədiləşən şəxsiyyət” adlı onlayn şəhər müsabiqəsində müxtəlif nominasiyalar üzrə uğurlu nəticələr əldə ediblər.

 

Universitet tələbələrindən şeir nominasiyası üzrə I yerə Türkan Cəfərli, II yerə Narınc Quliyeva, III yerə Gültən Məmmədova, musiqi nominasiyası üzrə I yerə Zamin Cəfərov, III yerə Maral İsmayılova, həvəsləndirici yerə Yusif Hacıyev və inşa nominasiyası üzrə I yerə Gültəkin Musazadə, II yerə Sevinc Cəbrayılova, III yerə Gülnaz Tarverdiyeva layiq görülüb. Qaliblər müvafiq diplomla təltif ediliblər.

 

Qeyd edək ki, onlayn müsabiqəyə Mingəçevir şəhərinin ali, orta-ixtisas və peşə təhsil müəssisələrini, ümumtəhsil məktəblərini təmsil edən 158 tələbə və şagird qatılıb.