Azərbaycanda səfərdə olan Türkiyənin Qazi Universitetinin nümayəndə heyəti

 

Azərbaycan Texniki Universitetinin (AzTU) rəhbərliyi ilə görüşüb.

 

AzTU-da  keçirilən görüşdə rektor Vilayət Vəliyev ali təhsil müəssisələri arasında əməkdaşlığın  tədrisin keyfiyyətinin yüksəldilməsi istiqamətində mühüm addım olduğunu bildirib.

 

Qazi Universitetinin rektoru Musa Yıldız qardaş ölkədə səfərdə olmaqdan məmnunluğunu ifadə edib,  imzalanacaq müqavilənin universitetlər arasında əməkdaşlığın inkişafına daha da təkan verəcəyini vurğulayıb.

 

Sonra iki  universitet arasında ikili diplom proqramı haqqında müqavilə imzalanıb.

 

Qeyd edək ki, ikili diplom proqramına mühəndislik üzrə əməkdaşlıq daxildir.

 

Sənədə əsasən, hər iki universitetin müəllim və tələbələri arasında təhsil və elm sahəsində yeni imkanlar, mədəni əlaqələrin inkişaf etdirilməsi, həmçinin tələbələrin öz ixtisasları üzrə keyfiyyətli təhsil almaları təmin olunacaq.