Türkiyənin Altınbaş Universitetinin rektoru, professor Dr. Çağrı Erhan Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektoru, professor Ədalət Muradovla görüşüb.

 

Görüşdə Ə.Muradov UNEC-in tədris prosesi, akademik heyəti, beynəlxalq əlaqələri barədə ətraflı məlumat verib. Həmçinin UNEC-in dünyanın bir çox nüfuzlu universitetləri ilə əməkdaşlıq etdiyini, ikili diplom, mübadilə və birgə diplom proqramları həyata keçirdiyini diqqətə çatdırıb.

 

Professor Dr. Çağrı Erhan Altınbaş Universiteti barədə məlumat verdikdən sonra hər iki universitet arasında əməkdaşlıq imkanları müzakirə olunub.

 

Müzakirələrdən sonra UNEC ilə Altınbaş Universiteti arasında əməkdaşlığa dair anlaşma memorandumu imzalanıb.

 

Memorandumda hər iki universitet arasında birgə konfransların keçirilməsi, tədqiqat işlərinin aparılması, tələbə və akademik heyətin mübadiləsi və s. məsələlər nəzərdə tutulub.