Dövlət Gömrük Komitəsi Akademiyasının rəisi, gömrük xidməti general-mayoru Qulu Novruzovla Türkiyənin Altınbaş Universitetinin rektoru, professor Dr. Çağrı Erhan arasında görüş keçirilib.

 

Q.Novruzov akademiyanın fəaliyyət istiqamətləri, tədris prosesi, bakalavriat və magistratura ixtisasları barədə ətraflı məlumat verib. O, akademiya üçün beynəlxalq əməkdaşlığın prioritet olduğunu bildirərək, gələcək əməkdaşlıq imkanları haqqında danışıb.

 

Professor Dr. Çağrı Erhan öz növbəsində təmsil etdiyi ali məktəb barədə məlumat verərək, Altınbaş Universitetinin beynəlxalq əlaqələrindən söz açıb. Təmsil etdiyi ali təhsil müəssisəsinin strateji hədəfləri barədə danışan rektor bu istiqamətdə Azərbaycanla əməkdaşlığa xüsusi önəm verdiklərini qeyd edib.

 

Görüşdə universitetlərarası müştərək proqramların həyata keçirilməsi, tələbə mübadiləsi və digər əməkdaşlıq imkanları, o cümlədən distant təhsil sahəsində təcrübə mübadiləsi, onlayn birgə konfrans, seminar və tədbirlərin təşkili müzakirə olunub.

 

Müzakirələrdən sonra iki ali təhsil qurumu arasında əməkdaşlığa dair anlaşma memorandumu imzalanıb.