26-27 may 2021-ci il tarixlərində məktəbdənkənar təhsil müəssisələrində 28 may - Respublika gününə həsr olunmuş silsilə tədbirlər keçirilib.
 

Bu istiqamətdə "Üç rəngli Bayrağımız", “Vətənimsən-Azərbaycan!”, "28 may - Respublika Günü tariximizin ən şanlı və parlaq səhifələrindəndir", “İstiqlalın sabahına qürurla get, Azərbaycan!” adlı "Açıq qapı" günü, onlayn "dəyirmi masa", konsert proqramı keçirilib, Azərbaycan İstiqlal Muzeyinə virtual tur təşkil edilib.
 

Tədbirlərin keçirilməsində əsas məqsəd şagirdlərə cümhuriyyət tarixi haqqında məlumat vermək, məktəbliləri respublikamızın mədəniyyəti ilə daha yaxından tanış etmək, onlarda Vətənə, bayrağa, xalqa dərin sevgi və rəğbət hissləri aşılamaq, uşaq və gənclərin asudə vaxtlarını səmərəli təşkil etməkdən ibarət olub.
 

Tədbirlərdə dərnək rəhbərləri tərəfindən ustad dərsləri keçirilib, dərnək üzvləri tərəfindən rəsmlər çəkilib, uşaqların ifasında vətənpərvərlik mövzularında şeirlər səslənib, Azərbaycan xalq və bəstəkar mahnıları, muğamları ifa olunub, mərkəzlərin rəqs qrupları müxtəlif rəqs nömrələri ilə çıxış ediblər.
 

Sonda dərnək üzvləri arasında 28 may – Respublika gününə həsr olunmuş intelektual bilik yarışması keçirilib, qaliblər diplomlarla təltif olunub.
 

Sözügedən tədbirlərə ümumi təhsil müəssisələri və uşaq-gənclər inkişaf mərkəzlərindən 600-ə yaxın məktəbli qatılıb.