Azərbaycan Texnologiya Universirteti (UTECA) Gürcüstanda keçirilən ExpoGeorgia sərgisinə qatılıb.

 

Universitet bu təhsil sərgisində bakalavr, magistr və doktorantura ixtisasları, eləcə də UTECA Texnoparkı və promo məhsulları ilə çıxış edib.

 

Qeyd edək ki, bu il ExpoGeorgia sərgisi COVİD-19 pandemiyası ilə əlaqədar virtual qaydada təşkil olunub. Sərgi 20-dən çox ölkənin universiteti və digər müxtəlif təhsil qurumlarının iştirakı ilə həyata keçirilib.

 

İki gün davam edən sərgiyə 40000-ə yaxın  qonaq qatılıb.