İmtahanlar respublikanın 12 şəhər və rayonunda təşkil olunub


Dövlət İmtahan Mərkəzi tərəfindən (DİM ) Şəki və Lənkəran şəhərlərində, Gəncə şəhərinin Kəpəz rayonunda,  Abşeron (1-ci hissə), Ağsu, Ağdaş, Bərdə, Qazax, Qusar, Saatlı, Siyəzən və Xızı rayonlarında ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanları keçirilir.

 

DİM-dən bildirilib ki, imtahan keçirilən şəhər və rayonlarda ümumilikdə 87 imtahan binası, 1446 imtahan zalı ayrılıb.

 

İmtahanların idarə olunmasına 87 ümumi imtahan rəhbəri, 236 imtahan rəhbəri, 1757 nəzarətçi-müəllim, 174 buraxılış rejimi əməkdaşı (mühafizə), 87 bina nümayəndəsi ayrılıb.

 

İmtahanlarda 18609 şagirdin iştirakı nəzərdə tutulub.