Qax rayonu Tasmalı kənd tam orta məktəbində Vətən müharibəsində şəhid olmuş Kənan Məmmədlinin Anım Günü münasibəti ilə tədbir keçirilib.

         

Tədbirdə məktəbin kollektivi, şəhidin ailə üzvləri,  rayon təhsil şöbəsinin əməkdaşları  iştirak ediblər.

 

İştirakçılar şəhidin xatirəsinə həsr edilən guşə və  şagirdlərin əl işlərindən ibarət sərgi ilə tanış olublar.

 

Sonda şəhidin məzarı ziyarət edilib.

 

Şakir CƏFƏROV