Dünya şöhrətli azərbaycanlı alim Lütfi Zadənin 100 illik yubileyi münasibətilə Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rəqəmsal iqtisadiyyat fakültəsinin təşkilatçılığı ilə “Lütfi Zadə irsi - Qeyri səlis iqtisadiyyat” mövzusunda keçirilən tədbirdə universitetin 4 tələbəsi Lüifi Zadə ilə bağlı ən maraqlı sual verərək qalib olublar.

 

I yerin qalibi 200 manat, II yerin qalibi 150 manat, III yerin sahibləri isə 100 manat əldə ediblər.

 

UNEC-in prorektoru, professor Sakit Yaqubov və rəqəmsal iqtisadiyyat fakültəsinin dekan əvəzi Elman Cəfərov tələbələrə sertifikatlar və pul mükafatlarını təqdim edib. Fakültə üzrə THİK sədri Məhəmməd Rəhimova isə tədbirin təşkilində göstərdiyi dəstəyə görə Fəxri Fərman təqdim olunub.

 

Qeyd edək ki,

I yer - Ləman Əlizadə  (Kompüter elmləri ixtisası, I kurs),

II yer - Arif Rəhimov (İnformasiya texnologiyaları ixtisası, I kurs),

III yer - Aydan Ələkbərzadə  (Kompüter elmləri ixtisası, I kurs),

III yer -Siyavuş Qurbanov (SABAH mərkəzi, Biznesin idarə edilməsi ixtisası, III kurs)  tərəfindən qazanılıb.