Dövlət İmtahan Mərkəzi tərəfindən (DİM) Bakı şəhərinin Xətai, Xəzər, Yasamal rayonlarında, həmçinin Beyləqan, Gədəbəy, Göyçay, Göygöl, Masallı, Oğuz, Salyan, Tovuz, Xaçmaz rayonlarında ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə növbəti buraxılış imtahanları keçirilir.

 

DİM-dən bildirilib ki, imtahan keçirilən şəhər və rayonlarda ümumilikdə 105 imtahan binası, 1853 imtahan zalı ayrılıb. İmtahanların idarəolunmasına 105 ümumi imtahan rəhbəri, 297 imtahan rəhbəri, 2313 nəzarətçi-müəllim, 210 buraxılışı rejimi əməkdaşı (mühafizə), 105 bina nümayəndəsi təhkim olunub.

 

İmtahanlarda 23920 şagirdin iştirakı nəzərdə tutulub.