Bakı Dövlət Universitetinin (BDU) tələbələri Gənclər və İdman Nazirliyinin 2007-cı ildən etibarən hər il ali təhsil müəssisələrinin tələbələri arasında keçirdiyi “Tələbə baharı” Ümumrespublika tələbə yaradıcılıq festivalında qalib olublar.

 

Bu il təşkil edilən XV Ümumrespublika tələbə yaradıcılıq festivalı “Nizami Gəncəvi ili”nə həsr olunub.

 

Festivalın seçimlərində 15 ali təhsil müəssisəsindən 100 tələbə iştirak edib. BDU tələbələrinin rəqs ansamblı müsabiqədə milli rəqslər nominasiyası üzrə I, beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin III kurs tələbəsi Firudun Yusifov və sosial elmlər və psixologiya fakültəsinin II kurs magistrı Püstə Şükürova milli rəqslər (duet) nominasiyası üzrə I, tətbiqi riyaziyyat və kibernetika fakültəsinin IV kurs tələbəsi Səbinə Cəfərova bəstəkar mahnılarının ifası nominasiya üzrə isə III yerə layiq görülüb.

 

Qeyd edək ki, finala çıxmış qaliblərin iştirakı ilə  Nizami Gəncəvinin “Xəmsə” poeması əsasında ayrı-ayrı məkanlarda çəkilişlərin aparılması şərti ilə musiqili tamaşa hazırlanaraq onlayn formatda yayımlanacaq.