Prezident yanında Dövlət İdarəçilik Akademiyasının tələbələri nümunəvi bir addım atıb.

 

Akademiyanın inzibati idarəetmə fakültəsinin menecment ixtisasının 20/1 və 20/2 qrupunda təhsil alan 2-ci kurs tələbələri torpaqlarımızın azadlığı uğrunda canından keçib şəhidlik zirvəsinə ucalan qəhrəman döyüşçülərin ailə üzvlərinin iştirakı ilə xoşməramlı tədbir təşkil edib. Tədbirdə 53 şəhid övladına velosiped və müxtəlif hədiyyələr təqdim olunub.

 

Tələbələr bildiriblər ki, şəhid övladlarına diqqət göstərmək, onları sevindirmək hər kəsin müqəddəs borcudur və belə tədbirlər davamlı keçiriləcək.