Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) rektoru, professor Ceyran Mahmudova ilə Antalya AKEV Universitetinin rektoru Kamile Akgül arasında elm və təhsil sahələri üzrə əməkdaşlıq müqaviləsi imzalanıb.

 

Əməkdaşlıq sazişinin məqsədi ADMİU ilə Antalya AKEV Universitetinin təcrübə mübadiləsini, təhsil sahəsində əlaqələri genişləndirmək və dərinləşdirməkdir.

 

Müqavilədə birgə tədqiqat layihələrində iştirak və onların nəticələrini dərc etmək, birgə seminar, konfrans, müsabiqə və tələbələrin şəxsi işlərinin sərgilərinin təşkili, rəsm sənəti ilə bağlı mühazirələrin təşkili üçün aparıcı professorların dəvət olunması, gənc müəllimlərin təliminin təşkili, magistratura və doktorantura proqramları üzrə əməkdaşlıq və sair kimi məsələlər nəzərdə tutulub.