Almaniyanın Dortmund şəhərində keçirilən sərbəst güləş üzrə gənclərin Avropa çempionatında milli yığma komandanın tərkibində Təhsil Nazirliyinin tabeliyindəki uşaq-gənclər idman-şahmat məktəblərinin yetirmələri uğurla çıxış ediblər.
“Təhsil” Respublika İdman Mərkəzinin Gəncə şəhər 1 nömrəli uşaq-gənlər idman-şahmat məktəbinin yetirməsi Turan Bayramov və Abşeron rayon uşaq-gənlər idman-şahmat məktəbinin yetirməsi Kənan Heybətov bütün rəqiblərinə qalib gələrək Avropa çempionu olub.
Abşeron rayon uşaq-gənlər idman-şahmat məktəbinin digər yetirməsi Aydın Əhmədov isə Avropa çempionatının gümüş medalına layiq görülüb.
![Yeniyetmə idmançılardan Avropa çempionatında yüksək nəticə](photos/01-02.07.21-04.jpg)
![Yeniyetmə idmançılardan Avropa çempionatında yüksək nəticə](photos/01-02.07.21-03.jpg)
![Yeniyetmə idmançılardan Avropa çempionatında yüksək nəticə](photos/01-02.07.21-02.jpg)