Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) ali məktəbə imtahan verməyə hazırlaşan abituriyentlərə belə bir şüarla müraciət edir: “Xəyallarınızdakı uğurlu gələcəyə UNEC-lə birlikdə addımlayın”!

 

Universitet “UNEC-i tanı” layihəsi çərçivəsində abituriyentlərə bu təhsil ocağında  tədris olunan ixtisaslar, fakültələr, UDİD, Minor proqramları, xüsusi təqaüd imkanları, xarici universitetlərlə ikili diplom, mübadilə proqramları, təhsil haqları, keçid balları və s. barədə ətraflı məlumat verir.

 

Eyni zamanda onlara ixtisas seçimi, seçmək istədikləri ixtisasın üstünlükləri və gələcək karyera imkanları istiqamətində dəstək göstərir.

 

II, III və IV ixtisas qrupu üzrə hazırlaşan abituriyentlər hər həftənin çərşənbə axşamı saat 10:00-17:00-dək UNEC-in əsas tədris binasında (İstiqaliyyət, 6) Abituriyent məlumat mərkəzinə yaxınlaşa bilərlər.