Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Neft-Kimya Prosesləri İnstitutunda Kimya fənnindən doktorluq imtahanı keçirilib.

 

İmtahanda komissiyanın üzvləri- sədr, akademik Vaqif Abbasov, üzvlər – dosent Lalə Əfəndiyeva, professor Reyhan Əliyeva, dosent Yeganə Asğazadə, dosent Fatmaxanım Əliyeva iştirak ediblər.  4 doktorant və dissertantdan imtahan götürülüb,  imtahanın nəticələrinə əsasən, 3 nəfər “əla”, 1 nəfər isə “yaxşı” qiymət alıb.

 

İmtahanda AMEA-nın Rəyasət Heyəti Aparatının Təhsil şöbəsinin Doktorantura sektorunun müdiri Tubuxanım Qasımzadə də iştirak edib.