Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Karyera Mərkəzi Kapital Bankla birlikdə Karyera ayına start verib.

 

Universitetdə bu məqsədlə ilk görüş keçirilib.

 

UNEC Karyera Mərkəzinin direktoru Ramil Cabbarov, Kapital Bankın İnsan resursları departamentinin direktoru Fərqanə Məmmədova, İşə qəbul şöbəsinin müdiri Nərgiz Əzimova və digər əməkdaşlar bankın fəaliyyət istiqaməti, vakansiyalar, təcrübə proqramları barədə təqdimatla çıxış ediblər.

 

Bildirilib ki, Karyera ayı 2 hissədən ibarət olmaqla, onlayn müsahibələr  və “case study” həftələrinə bölünüb. Onlayn müsahibələr həftəsi Maliyyə, Agile, Müştəri xidmətləri, İnformasiya Texnologiyaları və İnzibati idarəetmə günlərinə ayrılıb.

 

Karyera ayı 30 iyul tarixinədək davam edəcək.