Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) 27-29 sentyabrda Türk Dünyası Araşdırmaları Vəqfi, Sakarya Universitetinin dəstəyi ilə XIX Beynəlxalq Türk Dünyası Sosial Elmlər Konfransı keçiriləcək.

 

Konfransda Türkiyənin millət vəkili Prof.Dr.İsmail Tatlıoğlu, Türk Dünyası Araşdırmaları Vəqfinin rəhbəri Közhan Yazgan, Türkiyənin Sakarya, Ankara Hacı Bayram Veli, Niğde Ömər Halisdemir, Manas universitetlərinin, İzmir Yüksək Texnologiyalar İnstitutunun, Qərbi Makedoniyanın Uluslararası Vizyon Universitetinin, Qazaxıstan Miras Universitetinin rektorları, eləcə də  Türkiyənin Ölçmə, Seçmə və Yerləşdirmə Mərkəzinin, Türk Dili Kurumunun rəhbərləri və digər nüfuzlu qonaqlar iştirak edəcəklər.

 

Xarici qonaqların Qarabağa səfəri də planlaşdırılır.

 

Bu barədə UNEC-dən bildirilib.