Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən “Onlayn kitab klubu” adlı  sosial layihəyə start verilib.

 

Layihənin əsas məqsədi şagirdlərin mütaliəyə istiqamətləndirilməsi işində səmərəliliyin, onlarda oxu və yazı bacarıqlarının inkişaf etdirilməsi, nitq vərdişlərinin təkmilləşdirilməsi, fikirlərini tam və sərbəst şəkildə ifadə edə bilmək imkanlarının formalaşdırılmasından ibarətdir.

 

İKT-dən istifadə bacarıqlarının mütaliə ilə vəhdətdə inkişafını hədəfləyən layihə üçün “Facebook” sosial şəbəkəsində “Onlayn kitab klubu” səhifəsi (https://www.facebook.com/Onlayn-kitab-klubu-110724968012960) yaradılıb.

 

Səhifədə elektron və audio kitabların paylaşımı, müxtəlif kitabların müzakirələri, kiçik rubrikalar əsasında müsabiqələrin təşkili, şagird və müəllimlərin təşəbbüsü ilə kitablarla bağlı fikirlərin bölüşdürülməsi, yazıçı və şairlərlə vaxtaşırı “Facebook” üzərindən canlı görüşlərin təşkil olunması nəzərdə tutulub.