Ümumi təhsil müəssisələrinin I-IV sinifləri üzrə 22 sentyabr 2021-ci il tarixindən ənənəvi şəkildə tədrisə başlanılıb. Bu gün qeyd edilən siniflər üzrə 643 333 nəfər şagird ənənəvi tədrisə başlayıb.

 

2021-2022-ci tədris ilində respublikanın ümumi təhsil müəssisələrində ümumilikdə 1 589 829 şagirdin təhsil alacağı proqnozlaşdırılır. Ümumtəhsil məktəblərinin I sinfində 158 608, IX sinfində 132 881, XI sinfində isə 91 538 şagird təhsil alacaq.

 

Respublika üzrə ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarında 117 176 şagirdin təhsilə cəlb olunacağı gözlənilir. 

 

2021-2022-ci tədris ilində I-XI siniflərdə ilk dərslər “Qarabağ Azərbaycandır!” mövzusuna həsr olunacaq.

 

Yeni tədris ilinin ilk gününədək 5 əsaslı təmir olunan, 17 yeni tikilən, 15 modul tipli məktəb istifadəyə verilib.

 

Qeyd edək ki, sentyabrın 29-dan isə ümumi təhsil müəssisələrinin V-XI sinifləri üzrə, eləcə də məktəbdənkənar, peşə, orta ixtisas və ali təhsil müəssisələrində də ənənəvi şəkildə tədrisə başlanılacaq.