"Bir Könüllü" Təşkilatı və Azərbaycan Respublikası Prezidentinin Ağdam rayonu üzrə Xüsusi Nümayəndəliyi əməkdaşlığa start verib.

 

Əməkdaşlıq çərçivəsində birgə tədbirlər keçirilir və #Ağdam könüllüləri öz fəaliyyətlərinə başlayıb.

 

Artıq sentyabr ayının 14-də Azərbaycan Respublikası Prezidentinin Ağdam rayonu üzrə Xüsusi Nümayəndəliyi və "Bir Könüllü" Təşkilatının birgə əməkdaşlığı çərçivəsində pandemiya və karantin qaydalarına riayət olunmaqla, 40-dan çox torpaq həsrətində olan Ağdam sakini ilə birgə Ağdam könüllülərinin sözügedən şəhərə ilk səfəri baş tutub. Səfər müddətində Ağdam könüllüləri ziyarətçilərlə birlikdə şəhər gəzintisində iştirak edib, təşkilati işlərdə könüllü dəstəyi göstərib.

 

Sentyabr ayının 16-17-də Azərbaycan Respublikası Prezidentinin Ağdam rayonu üzrə Xüsusi Nümayəndəliyi İqtisadiyyat Nazirliyi, Qarabağ Dirçəliş Fondu, AMEA İqtisadiyyat İnstitutunun təşkilatçılığı, "Bir Könüllü" Təşkilatının dəstəyi ilə "Qarabağda yeni iqtisadiyyat quruculuğu: Ağdamdan inkişaf impulsları" mövzusunda beynəlxalq elmi-praktik konfrans keçirilib.Tədbirin təşkilində "BİR" tələbə-könüllülər #könüllü dəstəyi göstəriblər.