Dövlət İmtahan Mərkəzi (DİM) sentyabrın 26-da baza ali tibb təhsili əsasında həkim-mütəxəssislərin hazırlanması məqsədilə rezidenturaya qəbul imtahanının 2-ci mərhələsini (ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi) keçirib.

 

DİM-dən bildirilib ki, imtahan 2 saat 30 dəqiqə davam edib.

 

Sentyabrın 27-dən etibarən imtahan protokollarının və cavab kartlarının emalı aparılacaq. Nəticələrin yaxın 3 gün ərzində elan edilməsi nəzərdə tutulur.

 

İmtahan nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün onlayn qaydada Apelyasiya Komissiyası fəaliyyət göstərəcək. Apelyasiya Komissiyasına müraciət etmək üçün elektron ərizə forması DİM-in saytında yerləşdiriləcək. Namizədlər Apelyasiya Komissiyasına 27-29 sentyabr 2021-ci il tarixlərində apelyasiya.dim.gov.az saytı vasitəsilə müraciət edə bilərlər.