Bakıdakı 3 nömrəli tam orta məktəbdə 27 sentyabr- Anım Günü ilə bağlı tədbir keçirilib. Tədbirdə 44 günlük Vətən müharibəsi şəhidlərinin ruhuna dualar oxunub,  qəhrəman əsgərlərimiz dərin ehtiramla yad edilib.

 

Məktəbin direktoru Almaz  Həsrət tədbirə dəvət olunan müharibənin canlı şahidləri, məktəbin iki məzunu-Mehman və Sədayı qürur hissi ilə balaca fidanlara təqdim edib.

 

Tədbirdə müharibədə igidlik göstərən məzunlar ağır döyüş yollarından danışıblar.

 

Sonda balaca fidanlar  vətənpərvərlik mövzusunda mahnılar oxuyub,  şeirlər  səsləndiriblər.

 

Şakir Cəfərov