Peşə təhsil müəssisələrində 29 sentyabrdan etibarən ənənəvi şəkildə aparılacaq yeni tədris ilinə başlanılıb. Cari tədris ili üzrə proqnoz göstəricilərinə əsasən, Təhsil Nazirliyinə tabe olan 72 peşə təhsil müəssisəsində 120 ixtisas üzrə təhsil alacaq 24623 tələbə ənənəvi tədrisə başlayıb.

 

Qeyd edək ki, peşə təhsil müəssisələrində digər təhsil müəssisələrində olduğu kimi, 2021-2022-ci tədris ilində tədris və təlim-tərbiyə prosesinin təşkili Nazirlər Kabinetinin müvafiq qərarı əsasında sanitar-epidemioloji vəziyyətə uyğun həyata keçiriləcək.