1 oktyabr saat 19:00-da Təhsildə Yeni Çağırışlar II Beynəlxalq Forumu start götürəcək.

 

Dünya səviyyəli spikerlerin çıxış edəcəyi beynəlxalq forumun əsas məqsədi təhsildə yeni çağırışları müzakirə etməkdir.

 

"Təşəbbüsdən tətbiqə” başlığı altında baş tutacaq beynəlxalq forum virtual təhsil, beynəlxalq qiymətləndirmə, liderlik, XXI əsrin bacarıqları və davamlı inkişaf mövzularını əhatə edir.

 

Təhsildə Yeni Çağırışlar II Beynəlxalq Forumunda təhsil naziri Emin Əmrullayev açılış nitqi ilə çıxış edəcək.

 

Onlayn formatda keçiriləcək forumda PISA-nın (Program for International Student Assessment - Şagird nailiyyətlərinin beynəlxalq qiymətləndirilməsi proqramı) direktoru Andreas Schleicher, məşhur professor, yazıçı, tədqiqatçı və bestsellər müəllifi Philip Kotler, Toronto Universitetinin fəxri professoru, "Dərin öyrənmə" nəzəriyyəsinin yaradıcısı Maykl Fullan,  dünyada məşhur "edX" platformasının qurucusu, MIT-in professoru Anant Agarwal, psixoloq, yazıçı, Türkiyədə və İtaliyada bestsellər müəllifi Azra Kohen, qlobal səviyyədə tanınan "Khan Academy"-nin qurucusu Sal Khan öz təcrübələrini bölüşəcəklər.

 

Təhsildə Yeni Çağırışlar II Beynəlxalq Forumu T-Network təhsil işçilərinin təcrübə və kommunikasiya platforması və Təhsil İnstitutunun təşkilatçılığı, Təhsil Nazirliyi,  Azərbaycan Gənc Müəllimlər Assosiasiyası, “Bir könüllü” Tələbələrin Əməkdaşlığı İctimai Birliyinin dəstəyi ilə baş tutacaq.

 

Beynəlxalq forumun proqramı ilə müvafiq linkdən tanış ola bilərsiniz: https://bit.ly/3mibDCw

 

“Youtube” üzərindən canlı yayımlanacaq forumu müvafiq linkə keçid edərək izləyə bilərsiniz: https://bit.ly/3kVbjds