Təhsil Nazirliyi "Zəfər ilinin müəllimi" adlı layihəyə start verir. Layihə bu ilin sonunadək davam edəcək. 

 

Sözügedən layihə çərçivəsində Təhsil Nazirliyinin internet resurslarında 44 günlük Vətən müharibəsində döyüşən, o cümlədən şəhid olan müəllimlərimiz haqqında posterlərin, yazı, müsahibə, videosüjetlərin hazırlanaraq #ZəfərİlininMüəllimi həştəqi altında yayımı nəzərdə tutulur. 

 

Bundan əlavə, hər kəs layihəyə uyğun olaraq sosial şəbəkələrdə #ZəfərİlininMüəllimi həştəqi altında müvafiq paylaşımlar edə bilər. 

 

Qeyd edək ki, layihənin məqsədi Vətən müharibəsi iştirakçısı olmuş müəllimlərin geniş ictimaiyyətə tanıdılmasıdır.