Peşə təhsilinin prioritet istiqamətləri üzrə inkişafa xidmət edən innovativ təşəbbüslərin dəstəklənməsi məqsədilə Təhsil Nazirliyi “Peşə təhsilinin 2021/2022-ci illər üzrə inkişafı” qrant müsabiqəsi elan edir.


Müsabiqədə iştirak üçün müraciət sənədləri 5 - 18 oktyabr 2021-ci il tarixlərində elektron formada [email protected] ünvanına göndərilməlidir.


Layihələrin qəbulu üçün son müddət 18 oktyabr 2021-ci il saat 21:00 müəyyənləşdirilib.


Qrant müsabiqəsi barədə daha ətraflı məlumatla aşağıdakı elan vasitəsilə tanış ola bilərsiniz.

 

“Peşə təhsilinin 2021/2022-ci illər üzrə inkişafı” qrant müsabiqəsinin elanı