Sentyabr ayı ərzində Bakı Şəhəri üzrə Təhsil İdarəsinə (BŞTİ) 6 994  müraciət daxil olub. Daxil olan müraciətlərin əksəriyyəti cavablandırılıb və operativ şəkildə həll olunub.

 

Statistikaya əsasən, Çağrı Mərkəzinə (146-0 nömrəli) 2 381 zəng qəbul edilib. Vətəndaşların Qəbulu Mərkəzinə isə bu dövrdə 159 vətəndaşın videoqəbul formatında müraciəti daxil olub. 

 

Ötən ay BŞTİ-yə 3 409 sənəd (vətəndaşlar tərəfindən 1 727 ərizə, Təhsil Nazirliyindən 223, digər qurumlardan 170, məktəblərdən 1 020 məktub, 31 strukturdaxili yazışma və 238  kadr ərizəsi) daxil olub və qeydiyyata alınıb. Həmçinin 1 045 elektron müraciətə baxılıb.

 

Daxil olan müraciətlər müxtəlif məsələlərin tənzimlənmə qaydalarının öyrənilməsi, işə qəbul, şagird yerdəyişməsi, məktəbəhazırlıq, müəllimlərin əmək müqaviləsinin müddətinin uzadılması, informasiya təminatı və digər məsələləri əhatə edib.