Bakı Ali Neft Məktəbinin (BANM) tələbələri Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə keçirilən “İdeya var” gənclərin III ümumrespublika elmi-yaradıcılıq müsabiqəsinin qalibi olublar. BANM-in tələbələri üç nominasiya üzrə əsas yerləri qazanıblar. Tələbələr “İstehsalat texnologiyaları və sənaye infrastruktu. Canlı sistemlər, nəqliyyat sistemləri” və  “Sosial sahə təhsil” nominasiyaları üzrə I yer, “Ekologiya, ətraf mühit və təbiətdən rasional istifadə.Tibb və səhiyyə sahəsində innovasiyalar” nominasiyası üzrə III yerə layiq görülüblər. Mükafatı qaliblərə gənclər və idman naziri Fərid Qayıbov  təqdim edib.

 

Qeyd edək ki, “Texniki innovasiyalar”, “Ekologiya, ətraf mühit və təbiətdən rasional istifadə. Tibb və səhiyyə sahəsində innovasiyalar”, “İstehsalat texnologiyaları və sənaye infrastrukturu. Canlı sistemlər, nəqliyyat sistemləri”, “Sosial sahə və təhsil” mövzuları üzrə təşkil edilən müsabiqə layihələrinin qiymətləndirilməsi münsiflər heyəti tərəfindən aparılıb.

 

Müsabiqənin keçirilməsində əsas məqsəd gənclərin elmi və yaradıcılıq fəaliyyətini, sosial təşəbbüskarlığını stimullaşdırmaq, innovativ potensialın nümayiş etdirilməsi üçün əlverişli şərait yaratmaq, onları tədqiqat və elmi araşdırma fəaliyyətinə həvəsləndirməkdir.