Azərbaycan-Fransız Universitetində “Fransada ali təhsil və gənc azərbaycanlı istedadlar üçün peşə perspektivləri : əmək və karyera sərgisi” keçiriləcək.

 

Oktyabrın 15-də təşkil ediləcək sərgi peşəkar gələcəyini hazırlamaq istəyənlər, Fransada ali təhsil almağı planlaşdıranlar və ya artıq bunu reallaşdıranlar, Fransa-Azərbaycan şirkətlərinin təklif etdiyi məşğulluq perspektivləri ilə tanış olmaq istəyənlər üçün nəzərdə tutulub.  

 

Sərgi Azərbaycan təhsil sisteminin bütün pillələrində (dil, iqtisadiyyat, hüquq, siyasi elmlər, mühəndislik, tibb, incəsənət və s.) təhsil alan gənclərə (şagirdlərə, tələbələrə, gənc peşəkarlara), Fransa ali təhsil sisteminin azərbaycanlı məzunlarına təklif olunan karyera və əmək perspektivləri ilə tanış olmağa şərait yaradacaq.  

 

Qeyd edək ki, sərgi Fransa və Azərbaycan şirkətlərinin nümayəndələri ilə (rəhbərləri, işə götürənləri, müşavirləri) dialoq qurmağa və Fransada ali təhsillərini davam etdirmiş bir çox azərbaycanlı məzunların uğur yolu ilə tanış olmağa imkan verir. 

 

Proqramla tanış olmaq üçün keçidə daxil olun.