Noyabrın 9-da Təhsil Nazirliyinin təşkilatçılığı ilə Zəfər Günü və Dövlət Bayrağı Gününə həsr olunmuş tədbir keçirilib.


Tədbirin keçirilməsində məqsəd 44 günlük Vətən müharibəsi dövründə Azərbaycan xalqının göstərdiyi əzm, iradə və birliyin qorunması məqsədilə gənclərin vətənpərvərlik mövzulu tədbirlər ətrafında toplanılması, vətənə, xalqımıza, dövlət atributlarına olan sevginin gücləndirilməsidir. 


Tədbirin açılışında Təhsil Nazirliyi tərəfindən 9 noyabr - Dövlət Bayrağı Günü münasibətilə hazırlanmış çarxın təqdimatı keçirilib.

 

Daha sonra tədbir bədii hissədə təşkil edilmiş konsert proqramı ilə davam edib. Konsertin proqramı Azərbaycan Milli Konservatoriyası və Bakı Musiqi Akademiyasının tələbə və məzunlarından ibarət istedadlı musiqiçilərin iştirakı ilə hazırlanıb.

 

Proqrama vətənpərvərlik mövzularında bəstələnmiş müasir Azərbaycan mahnıları, dünya musiqisindən məşhur nümunələr salınıb. 

 

Tədbirdə Bakı şəhərində yerləşən 36 ali təhsil müəssisəsindən dəvət olunan tələbələr və təhsil işçiləri iştirak edib.