Təhsildə Keyfiyyət Təminatı Agentliyi tərəfindən  elan edilən “Məktəb inspektoru” vəzifəsi üzrə vakansiyaya müraciətlərin qəbulu davam edir.
 

Müraciət etmək istəyən namizədlər öz CV-lərini bu keçid vasitəsilə göndərə bilərlər. Son müraciət tarixi 10 dekabr 2021-ci ildir. 
 

Məqsəd “Məktəblərdə keyfiyyət inspeksiyası” layihəsi çərçivəsində ümumi təhsil müəssisələrində inspeksiyaların həyata keçirilməsidir.


Ətraflı məlumatı müvafiq linkə daxil olaraq əldə edə bilərsiniz.